MDB-nin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçiriləcək
08.10.2021 17:55

Oktyabrın 12-13-də Minskdə Müstəqil Dövlətlər Birliyinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının 34-cü iclası keçiriləcək. 

 

Aztibb.az bunu Belarus Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir.

 

Şuranın üzvləri səhiyyə nazirləri və baş dövlət sanitar həkimləridir. Belarus Respublikasının Şuraya sədrliyinin nəticələri haqqında Belarus Respublikasının səhiyyə naziri Dmitri Pineviçin məlumat verəcəyi planlaşdırılır. Həmçinin iclasın gündəliyində olan səhiyyə sahəsində əməkdaşlığın geniş spektrli məsələləri - yoluxucu xəstəliklərin yayılmasına qarşı ortamüddətli birgə fəaliyyət planının icrasının gedişi, MDB-nin onkoloji xidmətinin inkişafı, teletibb transsərhəd qarşılıqlı fəaliyyətin inkişafı, fövqəladə vəziyyətlərdə qurbanlara psixoloji və psixiatrik yardımın təşkili məsələləri müzakirə olunacaq.

 

Şura sədrinin dəvəti ilə iclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun direktoru Hans Klyuge və UNAIDS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Aleksandr Qoliusov da iştirak edəcəklər. Hans Klyugenin COVID-19 pandemiyası zamanı fövqəladə hallara hazırlığın təmin edilməsi və onlara reaksiya verilməsi kontekstində çıxarılan nəticələr haqqında fikirlərini bölüşəcəyi gözlənilir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub