Azərbaycanlı alimin koronavirusa qarşı hazırladığı kokteyl-peyvənd Türkiyə mediasının gündəmində - FOTO/VİDEO
11.10.2021 11:52

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərlik etdiyi komandanın 2 ilə yaxındır apardığı tədqiqatlar nəticəsində Nicotiana Benthamiana adlı tütün bitkisindən COVID-19 əleyhinə hazırlanan kokteyl-peyvənd insanlar üzərində sınaqlar üçün hazırdır. 

 

Bu barədə Aztibb.az-a açıqlama verən Tərlan Məmmədov kokteyl-peyvəndin hazırda Türkiyənin tanınmış mətbu orqanlarında və televiziya kanallarında geniş işqılandırıldığını bildirib. 

 

Qeyd edib ki, tədqiqat çərçivəsində tütün bitkisində S1 zülalının, RBD və N zülalının ekspresiya edilərək immunogenliyi öyrənilib. Tədqiqatçılar qrupu ilk dəfə olaraq N antigenlərini tək və ya S1 va RBD domein antigenleri ilə birlikdə istehsal (sintez) edib. Əksər bitki mənşəli peyvənd istehsalçıları isə antigen olaraq RBD, S1 protein və S zülalını hədəf alırlar.

 

Alimin sözlərinə görə, 1 kq bitkidən 25 milliqrama qədər, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür.

 

T.Məmmədov qeyd edib ki, SARS-CoV-2-nin Spike proteinində az mutasiyalar getsə də, Nukleokapsid proteinin ardıcıllığı daha çox qorunub saxlanılır. Bu səbəbdən onların hər ikisinin qarışığından ibarət N+RBD kokteyl peyvəndinin hazırlanmasına qərar verilib.

 

Professor artıq heyvanlar üzərində tədqiqatların tamamlandığını, patent üçün müraciət olunduğunu və insanlar üzərində tədqiqatlara başlamaq üçün hazır olduqlarını vurğulayıb.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır