ANAMA Qarabağda minatəmizləmə əməliyyatları üçün 8 tibbi yardım maşını alıb (FOTO)
08.10.2021 17:00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirilib.

 

Aztibb.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, qalib şirkət olan “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub.

 

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. 8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd cari ilin 20 oktyabr tarixinədək işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.

 

Yeni gətirilən UAZ-396295-550 markalı tibbi yardım nəqliyyat vasitələri (4x4) ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, yorğan, onurğa zədələri üçün xərək, oksigen balonu kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin və təcili tibbi yardımın göstərilməsinə imkan verir.

 

Humanitar minatəmizləmə fəaliyyətində sahə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələrinin əməliyyatlar icra edilən sahələrdə mövcudluğu vacib amillərdən biridir.

 

Sahədə baş verə biləcək travmalar, xəsarətlər zamanı zərərçəkənlərə vaxtı-vaxtında ilkin yardım göstərən ANAMA paramedikləri bədbəxt hadisələr zamanı çevik davranışın təşkili üzrə bilik və təcrübəyə malikdirlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərinin tibbi və fərdi qəza sığortası PAŞA Sığorta şirkəti tərəfindən təmin edilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib