ÜST: Avropa istisna olmaqla bütün bölgələrdə yoluxma hallarının sayı azalır
08.10.2021 09:06

COVID-19-a yeni yoluxma və ölüm hallarının sayı azalmaqda davam edir. Bu, vəziyyətin dəyişməz olaraq qaldığı Avropa istisna olmaqla, planetin bütün bölgələrinə aiddir.

 

Qlobal səviyyədə, sentyabrın 27-dən – oktyabrın 3-nədək yeni yoluxma hallarının sayı doqquz faiz azalıb, müsbət dinamika avqust ayından bəri davam edir. Yoluxmada ən böyük azalma Afrikaya (43 faiz) təsadüf edib, ikinci yerdə Şərqi Aralıq dənizi (21 faiz) qərarlaşıb, daha sonra Cənub-Şərqi Asiya (19 faiz) və Amerika ölkələri (12 faiz) yer alıblar. 

 

Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülleteninə istinadla xəbər verir ki, hazırda yoluxanların ümumi sayı 234 milyonu keçib, rəsmi məlumatlara görə, təxminən, 4,8 milyon insan COVID-19 səbəbindən həyatını itirib.

 

Amerika və Avropa istisna olmaqla, bütün bölgələrdə koronavirus infeksiyasından ölənlərin sayında kəskin azalma müşahidə edilir. Yenə də ən böyük azalma Afrika ölkələrində qeyd edilir, əvvəlki həftə ilə müqayisədə orada ölüm nisbətləri 25 faiz azalıb.

 

100 min əhaliyə düşən COVID-19-a ən çox yeni yoluxma və ölüm halları Avropa və Amerika ölkələrində müşahidə olunur. Ümumilikdə, dünyada keçən həftə yoluxma sayına görə ABŞ "liderlik edirdi" (həftədə 760 571 hadisə), ikinci yerdə Böyük Britaniya (239 781), sonra Türkiyə (197 277), Rusiya (165 623 - əvvəlki həftə ilə müqayisədə 13 faiz artım var) və Hindistan (161 158 hadisə - bundan əvvəlki həftə ilə müqayisədə 21 faiz artım var) qərarlaşıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır