"Süni tənəffüs aparatı və respirator sistem" mövzusunda onlayn dərslər keçiriləcək
08.10.2021 09:51
"Süni tənəffüs aparatı və respirator sistem" mövzusunda onlayn seminara start veriləcək. Dərslər oktyabrın 9-dan etibarən hər gün saat 20:30-da "Zoom" platforması üzərindən, gündə 1 saat olmaqla keçiriləcək.  Proqramın 10 dərs olmaqla iki həftə davam edəcəyi planlaşdırılır. 
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da bu barədə məlumat verib.
 
Müzakirə olunacaq mövzular:
 
- Respirator sistem fiziologiyası-ağciyər həcmləri, tutumları;
- Total ventilyasiya, ölü sahə;
- Tənəffüsün sinir və humoral tənzimlənməsi;
- Kəskin tənəffüs çatışmazlığı, tipləri, etiologiyası, differensial diaqnostikası, müalicəsi;
- Mexaniki ventilyasiyaya göstərişlər;
- Ventilyasiyanın tənzimlənməsi;
- Oksigenizasiyanın tənzimlənməsi;
- Süni tənəffüs aparatlarının rejimləri;
- Ağciyər mexanikasının monitorizasiyası;
- Antibiotiklər, təsnifat, kombinasiyaların seçilməsi;
- İctimai pnevmoniyanın müalicəsi;
- Xəstəxanadaxili infeksiya, profilaktikası, xəstəxanadaxili və süni tənəffüsə bağlı pnevmoniyaların müalicəsi;
- Astma, xronik obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsinin müalicəsi;
- COVID pnevmoniyasının ARDS müalicəsində sedasiya, neyromuskulyar blokada, hemodinamik management, DVT profilaktika, qidalanma, maye terapiyası, qlükoza kontrol, gis qanaxmalarının ptofilaktikası;
- Pron ventilyasiyası, göstərişlər, əks göstərişlər, prosedurun aparılma qaydası;
- Oksigen ehtiyacını artıran faktorlar, onların aradan qaldırılması;
- COVID ARDS-i zamanı süni tənəffüs parametrləri, tədqiqatı davam edən dərmanlar, təsdiq olunmuş pereparatlarla müalicə;
- COVID ARDS-i zamanı zərərli ənənəvi müalicələr və s.
 
Həkim qeyd edib ki, dərslərə yalnız tibb işçiləri qoşula bilər. Əlaqə nömrəsi: 055 562 30 03 (Whatsapp)
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub