Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub  
07.10.2021 21:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bir qrup gözdən əlilliyi olan vətəndaşa mənzillər təqdim edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev iştirak ediblər.

 

V.Behbudov bildirib ki, ölkəmizdə həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi tədbirləri ildən-ilə genişlənir: “Onların sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Gözdən əlilliyi olan şəxslər əlilliyə görə pensiya və ya müavinətlə, onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. Ötən dövrdə həmin sosial ödənişlərin məbləği dəfələrlə artırılıb. Həmçinin onlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub”.

 

Qeyd olunub ki, Heydər Əliyev Fondunun layihəsi çərçivəsində respublikanın ayrı-ayrı bölgələrində (Naxçıvan, Gəncə və Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına yiyələnməsinə şərait yaradıb. Nazirliyin sifarişləri əsasında görmə imkanları məhdud şəxslərin reabilitasiya məqsədli sosial xidmətlərlə əhatə olunması üçün layihələr icra olunur.

 

Ölkədə şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, digər həssas qrupların, o cümlədən gözdən əlilliyi olan şəxslərin də mənzillə təminatı işləri davam etdirilir. Həmin işlərin davamı olaraq, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib.

 

Bu gün təqdim edilən mənzillər də daxil olmaqla 2021-ci ildə 70-dək gözdən əlilliyi olan şəxs mənzillə təmin olunub.

 

Mənzillə təmin olunan şəxslər sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarına və dövlət qayğısını həmişə hiss etdikləri, bu gün isə mənzillə təmin edildikləri üçün minnətdarlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır