Milli Məclisin Səhiyyə komitəsində ölkəmizdə COVID-19-la bağlı mövcud vəziyyət müzakirə olunub
07.10.2021 21:08
Oktyabrın 7-də Milli Məclisdə Səhiyyə komitəsinin təşkilatçılığı ilə “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmə keçirilib.
Aztibb.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov iclası açaraq Azərbaycan parlamentində dinləmələrin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib. Bildirib ki, iki ilə yaxındır dünyada tüğyan edən koronavirus pandemiyasının ilk günündən Prezident İlham Əliyevin şəxsi nəzarəti və tapşırığı ilə həyata keçirilən koronavirusla mübarizə tədbirləri sayəsində bu gün COVID-19 Azərbaycanda nəzarət altına alınıb. Pandemiya ilə bağlı gözlənilməz reallıqların bizi daim sayıq olmağa vadar etdiyini deyən komitə sədri elə bu dinləmənin də yeni problemlərin həlli yollarının, yaranan sualların cavablarının tapılması məqsədi daşıdığını bildirib.
Sonra Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxış edib. Vitse-spiker COVID-19 pandemiyasının qlobal təsirlərindən, gətirdiyi yeni reallıqlardan danışıb. Adil Əliyev Azərbaycanın bu sınaqdan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üzüağ çıxdığını vurğulayıb. O, pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən dəstək proqramlarını diqqətə çatdırıb, dövlət başçısının qlobal miqyasda koronavirusla mübarizəyə verdiyi töhfələrdən danışıb.
Vitse-spiker Milli Məclisin pandemiyaya qarşı mübarizə sahəsindəki fəaliyyətini də qeyd edib. O, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səylərinin beynəlxalq səviyyədə qəbul edildiyini, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdığını vurğulayıb.
Azərbaycanda keçirilən vaksinasiya prosesinə də toxunan Adil Əliyev çıxışının sonunda tibb işçilərinə, həkimlərə fədakar əməklərinə görə minnətdarlığını bildirib.
Dinləmələrdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, eləcə də Səhiyyə komitəsinin üzvləri - Soltan Məmmədov, Kamilə Əliyeva, İlham Məmmədov, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər.
Deputatlar Azərbaycanda koronovirusla mübarizə tədbirlərini yüksək dəyərləndirib, vaksinasiya səviyyəsinə görə ölkəmizin MDB-də lider olmağını təqdir edib, COVID-19 pandemiyasının mövcud durumu və gələcək vəziyyəti ilə bağlı onları və seçicilərini narahat edən sualları səsləndiriblər. Mıxış edənlər vaksinlərin keyfiyyət göstəriciləri, vaksinləşmənin növbəti mərhələləri, səhiyyənin müvafiq sahəsində infrastruktur təminatı, avadanlıqlarla, test və laboratoriyalarla təchizat, klinik protokolların və digər standartların yenilənməsi kimi məsələlərlə bağlı mövcud vəziyyət və görüləcək işlərlə maraqlanıblar. Millət vəkilləri, həmçinin koronavirus xəstələrinə ambulator xidmətin təşkili, onların xəstəxanaya yatırılması qaydası, evdə müalicə alanların dərmanlarla təminatı, uşaqların vaksinasiyası kimi məsələlərlə bağlı fikirlərini ifadə ediblər.
Dinləmələrə dəvət olunan Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər barədə məlumat verib, deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər. Bildirilib ki, koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır, elektron resept sisteminin tətbiqi planlaşdırılır.
Fikir mübadiləsi şəraitində keçən tədbirdə dərmanların qeydiyyatı məsələsinin aktuallığı, koronavirus infeksiyası ilə mübarizədə koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda Milli Məclis sədrinin müavini Adil Əliyev və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səmərəli fikir mübadiləsinə görə iştirakçılara təşəkkür ediblər.
Dinləmələrdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov da iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

