ÜST dünyada ilk dəfə malyariya peyvəndinin istifadəsini tövsiyə edib  
07.10.2021 10:33

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyada ilk peyvəndin istifadəsini təsdiq edib.

 

Aztibb.az İNTERFAX-a istinadən xəbər verir ki, bunu ckeçirdiyi mətbuat konfransında deyib.

 

Qebreyesusun fikrincə, dünyada malyariyaya qarşı ilk peyvənd olan RTS,S Afrikada hər il on minlərlə uşağı xilas edə biləcək.

 

"Bu qədim və dəhşətli xəstəliyə qarşı təsirli peyvəndin olacağı günü səbirsizliklə gözləyirdim. Və bu gün peyvənd təsdiq edildi", - ÜST rəhbəri bildirib.

 

Vaksinin təhlükəsiz olduğunu vurğulayan Qebreyesus təxminən dörd il davam edən klinik sınaqlardan sonra təşkilatın dərmandan istifadə barədə qərar verdiyini açıqlayıb.

 

Aparılan sınaqlar nəticəsində məlum olub ki, bu peyvənd malyariya infeksiyalarının 39 %-nin, ağır halların isə 29 %-nin qarşısını alır. Vaksin eləcə də ölüm hallarının 70% qarşısını ala bilir.

 

Peyvəndi hazırlayan c ehtiyacı olanlara istehsal xərclərindən 5%-dən çox olmayan qiymətlə ildə 15 milyon dozaya qədər dərman verəcəyini vəd edib.

 

2019-cu ildən başlayaraq Qana, Keniya və Malavidə 800 mindən çox uşaq dərmanın klinik sınaqlarında iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır