Yuxarı ətrafları amputasiya olunmuş 6 qazi son nəsil protezlə təmin edildi - Fotolar
07.10.2021 10:02

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarı ətrafları amputasiya olunmuş 6 qazini yüksək texnologiyalı protezlərlə təmin edib.

 

Aztibb.az xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində İslandiyanın ÖSSUR şirkətinin nümayəndələri ilə birgə ilkin mərhələdə onlardan ölçülər götürülüb. Protezləşməyə hazırlıq mərhələsindən sonra bu gün onlara yüksək texnologiyalı protezlər təqdim olunub. Həmin 6 qazi bionik əllərlə təmin edilib.

 

Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş daha 4 qazi son nəsil protezlərlə təmin edilmələri üçün hazırlıq mərhələsindədir, yaxın günlərdə onlara da həmin protezlər veriləcək. Vətən müharibəsi qazilərindən yuxarı ətraflarını itirmiş 29 qazinin hər birinin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulub ki, onlardan 6-na həmin protezlər verilib.

 

Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan ÖSSUR şirkəti yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik  əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

 

Ümumilikdə, 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır və artıq 149 qazi son nəsil protezlərlə təmin edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır