Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəylinin ANIM günüdür
07.10.2021 08:59

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsinin ilk şəhid həkimi Turqut Xəlilbəylinin anım günüdür.

 

Aztibb.az xəbər verir ki, Xəlilbəyli Turqut Nadir oğlu 1993-cü ilin iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yəngicə kəndində dünyaya göz açıb. O, “Dədə Qorqud” Türk liseyini bitirib. Sonra Azərbaycan Tibb Universitetinə daxil olan gənc burada "Hərbi həkim" ixtisasına yiyələnib.

 

Ali məktəbi bitirdikdən sonra tibb xidməti leytenantı T.Xəlilbəyli Beyləqan korpusunun hərbi hissələrindən birində xidmətə başlayıb. Ötən il sentyabr ayının 27-dən, Vətən müharibəsi başlanan ilk gündən isə Turqut Füzuli rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Az bir müddət ərzində o, dəfələrlə yaralı əsgər və zabitlərimizi döyüş zonasından çıxararaq onları xilas edib.


2020-ci il oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də bir neçə yaralı əsgəri atəş altından çıxarıb. Həmin gün o, yaralı əsgəri xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə giriş edib. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşüb. Bu zaman Turqut özünü yaralı əsgərin üzərinə atıb və öz canı bahasına onun həyatını xilas edib. Aldığı ağır qəlpə yaraları səbəbindən leytenanat Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmayıb. Can qurtaran qəhrəman həkimimiz döyüş dostlarının uğurunda, Vətən uğrunda öz canını fəda edib.


Azərbaycan xalqı digər qəhrəman övladları kimi, Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenanat Turqut Xəlilbəylini də heç zaman unutmayacaq!


Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib