MDB ölkələri ərazisinin infeksion xəstəliklərdən qorunması problemləri üzrə iclas keçirilib
06.10.2021 17:55

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ərazilərinin xüsusilə təhlükəli infeksion xəstəliklərin yayılmasından sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının növbəti iclası İrkutskda keçirilib.

 

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin veridiyi xəbərə görə, bu iclas “Taun və digər təhlükəli infeksion xəstəliklərin transsərhəd təbii ocaqlarında epidemioloji salamatlığın təmin edilməsinin aktual məsələləri” mövzusunda XV Dövlətlərarası elmi-praktiki konfrans çərçivəsində təşkil edilib.

 

Konfrans iştirakçıları taunun və digər aktual təhlükəli, yeni və qayıdan infeksion xəstəliklərin yaranması risklərinin azaldılması üzrə beynəlxalq əməkdaşlıq və dövlətlərarası qarşılıqlı fəaliyyət, epidemioloji nəzarətin təmin edilməsi, təhlükəli zoonoz və digər təbii infeksion xəstəliklərin virus və bakterial etiologiyası məsələlərini müzakirə ediblər.

 

Alimlər sanitar-epidemioloji salamatlığın və əhalinin bioloji təhlükəsizliyinin təmin edilməsi, MDB ölkələrinin və digər regional beynəlxalq birliklərin ərazilərinin sanitar mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi, patogen mikroorqanizmlərlə işləyən mikrobiologiya laboratoriyalarının bioloji təhlükəsizliyinin təmin edilməsi sahəsində COVID-19 təhlükəsi məsələlərini də nəzərdən keçiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır