ATU-nun Dermatovenerologiya kafedrasının dosenti vəfat edib
06.10.2021 16:26

Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dosenti Svetlana Əliyeva ötən gün 82 yaşında vəfat edib.

 

Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun Müalicə-profilaktika fakultəsində təhsil almışdı. O, 1962-ci ildə S.M.Kirov adına ADU-nun İnsan və heyvanların fiziologiyası kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlamışdı.

 

1966-1970-ci illərdə ATU-nun Dermatovenerologiya kafedrasında baş laborant, 1995-ci ildən ömrünün sonuna kimi isə həmin kafedrada dosent kimi çalışmışdı. 2000-ci ildə “Fəxri həkim” adına layiq görülmüşdü.

S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun “Fəxri fərman”ı ilə təltif edilmişdi. O, 40-a yaxın elmi işin müəllifi idi.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib