Həkimlər üçün “Səhiyyədə müasir yanaşmalar” tibbin inkişafı platforması qurulub - Fotolar
06.10.2021 15:12

Azərbaycan Tibb Universiteti və “Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti” Bioloji Təbabət Klinikalar şəbəkəsinin dəstəyilə Lənkəranda “Səhiyyədə müasir yanaşmalar - 2021” I regional elmi-praktiki konfransı keçirilib.

 

Bioloji Təbabət Klinikasından Aztibb.az-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd regionda olan həkimlərin davamlı tibbi təhsil prosesinə dəstək vermək, onları yeni tibbi tədqiqatlar, müasir yanaşmalarla tanış etməklə əhaliyə səmərəli və keyfiyyətli tibbi xidmət göstərilməsinə töhfə vermək olub.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Bioloji Təbabət Klinikalar şəbəkəsinin təsisçi direktoru Elxan Yaqubov konfransın önəmini vurğulayıb. Bildirib ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və səhiyyənin inkişafı həkimin peşəkar inkişafı ilə paraleldir: "Həkimlərin mütəmadi olaraq səhiyyədəki yeniliklərlə, yeni tədqiqatlarla, innovasiyalarla tanış edilməsi onların inkişafı ilə bərabər pasiyentə, xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanın təkmilləşməsi deməkdir. Bioloji Təbabət Klinikalar şəbəkəsi olaraq biz, Azərbaycan səhiyyəsinin inkişafına xidmət edən belə təşəbbüslərə daima dəstək verəcəyik”.

 

Sonra çıxış edən “Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti”nin sədri, Azərbaycan Tibb Universitetinin professoru Fikriyyə İbrahimli bu tip konfransın regionda ilk dəfə keçirildiyini deyib. Bildirib ki, tədbirdə aktual və əhəmiyyətli mövzular müzakirə olunacaq. İştirakçılar səhiyyəyə dair yeni məlumatlar əldə edəcəklər. O, konfransın ardıcıl olaraq hər il keçilirməsinin nəzərdə tutulduğunu da qeyd edib.

 

Tədbir üç əsas panel - “Xroniki xəstəliklərə müasir yanaşma – İnteqrativ tibb”, “Cərrahi xəstəliklərə müasir yanaşma” və “Pediatriya və neonatologiyada yeniliklər”dən ibarət olub. Panel iclaslarında “İnteqrativ tibb: Bu günün və sabahın təbabəti”, “İltihabi bağırsaq xəstəliklərinin müalicəsinə müasir yanaşma”, “Ginekoloji xəstəliklərin biotənzimləyici terapiyası”, “Prenatal diaqnostikada genetik testlərin əhəmiyyəti”, “Mədə xərçənginin cərrahi müalicəsində müasir yanaşmalar” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

    

Konfransda Azərbaycan Tibb Universitetindən professor-müəllim heyəti, Bioloji Təbabət Klinikalar şəbəkəsinin həkimləri və mütəxəssisləri səhiyyənin müxtəlif sahələri üzrə təqdimatlar, fərqli xəstəliklərə müasir yanaşmalarla bağlı çıxışlar ediblər.

 

Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkərandan ümumilikdə 130 həkimin qatıldığı konfransda iştirakçılar müzakirələr və spikerlərlə sual-cavab sessiyaları vasitəsilə yeniliklərlə tanış olublar.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Konfransın nəticəsi olaraq, Bioloji Təbabət Klinikalar şəbəkəsinin təşəbbüsü ilə “Səhiyyədə müasir yanaşmalar” tibbin inkişafı platformasının qurulduğu elan edilib. 

    

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb