149 qazi son nəsil protezlərlə təmin edilib
06.10.2021 13:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarı ətrafları amputasiya olunmuş 6 qazini yüksək texnologiyalı protezlərlə təmin edib.

 

Aztibb.az-ın məlumatına görə, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində İslandiyanın ÖSSUR şirkətinin nümayəndələri ilə birgə ilkin mərhələdə onlardan ölçülər götürülüb.

 

Protezləşməyə hazırlıq mərhələsindən sonra bu gün onlara yüksək texnologiyalı protezlər təqdim olunub. Həmin 6 qazi bionik əllərlə təmin edilib. Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş daha 4 qazi son nəsil protezlərlə təmin edilmələri üçün hazırlıq mərhələsindədir, yaxın günlərdə onlara da həmin protezlər veriləcək. Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan ÖSSUR şirkəti yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir. Ümumilikdə, 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır və artıq 149 qazi son nəsil protezlərlə təmin edilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində elmi seminar: “Hemolitik-uremik sindrom” 
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib