"Ana südü qəbul etmək hər bir uşağın haqqıdır" - Tələbələr üçün TƏLİM
06.10.2021 10:49
Oktyabrın 5-də Azərbaycan Tibb Universitetinin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ana südü ilə qidalanmaya doğru 10 addım” mövzusunda Terapevtik və pediatrik propedevetika, I və II Uşaq xəstəlikləri, I və II Mamalıq və ginekologiya kafedralarının rezidentləri və İctimai səhiyyə fakültəsinin ali tibb bacısı ixtisası üzrə təhsil alan tələbələri üçün təlimlərə start verilib.
 
Aztibb.az xəbər verir ki, öncə ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev çıxış edərək təlimdə iştirak edənləri salamladı. O, keçirilən təlimin əhəmiyyətinə diqqət çəkərək, səhiyyəmizdə ana südü, körpələrin qidalandırılması məsələsinə hər zaman önəm verildiyini vurğuladı. Professor ana südü ilə qidalandırmanın alternativi olmadığını və təlimçilərin bu məsələ ilə bağlı vacib və maraqlı məlumatlar verəcəklərinə əminliyini ifadə etdi.
 
UNICEF-in Azərbaycan nümayəndəliyinin “Sağlam qidalanma” proqramı üzrə yerli milli məruzəçisi Vəfa Ağayeva öz çıxışında yenidoğulmuş uşaqların qidalanmasında ana südünün rolundan geniş söhbət açdı. Bildirdi ki, ana südü olduğu halda, körpələrin onun alternativi kimi reklam edilən qatqılarla qidalandırılması yolverilməzdi:
 
“Aparılan araşdırmalar göstərir ki, ana südü ilə qidalananlarda immunitet yüksək olur və xəstələnmə hallarına digərləri ilə müqayisədə daha az rast gəlinir. Bu uşaqlarla bağlı həkimə müraciətlərin sayı kəskin dərəcədə az olur. Təbii yolla qidalanmayan körpələr arasında isə 6 ay ərzində ishaldan dünyasını dəyişənlər 25 dəfə çoxdur”.
 
Körpələri ana südü ilə qidalandırmağın anaların sağlamlığına da müsbət təsir göstərdiyin qeyd edən məruzəçi, misal olaraq, qarında piy vəzinin əriməsini, döş xərçənginə az rast gəlindiyini vurğuladı.
 
Ana südü ilə qidalanmada 10 addıma riayət etməyin vacibliyinə diqqət çəkən V.Ağayeva əksər doğum evlərində buna əməl olunmadığından təəssüfləndiyini bildirdi: “Tibb müəssisələrinin müvafiq siyasəti olmalı, tibbi heyətin bilik və bacarıqları tələblərə cavab verməli, antenatal qayğı, doğuşdan dərhal sonra qayğı, əmizdirmədə analara dəstək, süni qidalardan uzaq olma, palatada ananın köpə ilə birgə qalmasına şərait yaradılması təmin edilməli, tələbatlara cavab verən qidalandırma olmalı, əmzikli şüşə və əmziklərin ziyanı, evə yazılma zamanı nəyə əməl olunması barədə doğum evlərinin tibbi heyəti tərəfindən analara ətraflı məlumat verilməlidir".
 
V.Ağayeva əyalətlərdə vəziyyətin daha pis olduğunu qeyd etdi, Körpə Dostu klinikalarının olması üçün mütəxəssislər arasında maarifləmə işinin aparlmasına ehtiyac duyulduğunu dilə gətirdi.
 
Digər təlimçi, ATU-nun Tədris Terapevtik Klinikasının pediatr-neanotoloqu Nurəngiz Hacıyeva Körpə Dostu Klinikası strategiyası üzərində UNICEF-in Səhiyyə Nazirliyi, TƏBİB ilə birgə işləməsinin gələcəkdə müsbət nəticələr verəcəyinə inandığını bildirdi. Qeyd etdi ki, Körpə Dostu Kliniksı anlayışı 1990-cı illərdə dövriyyədə olub:
 
“Həkimlər və neanotoloqlar klinikalara daxil olaraq onların bu strategiyaya cavab verib-verməməsini qiymətləndiriblər. Qiymətləndirmə isə çox sadədir: klinikada heç bir əmzik, şüşə butulka, süni vasitə, süni qida olmamalıdır. Ana südü ilə qidalanmaya əks göstəriş siyahısı son illər olduqca qısalıb. Yalnız ana südünə əks göstəriş qalaktozema və aktiv fəaliyyətdə olan QİÇS xəstəliyidir. Əgər ana fövqəladə bir vəziyyətə düşübsə, o, QİÇS xəstəsi olsa belə, uşağın həyatı süddən asılıdırsa, onu südlə bəsləyə bilər. Odur ki, ana südü qəbul etmək hər bir uşağın haqqıdır. Biz bunun davamlı təminatını dəstəkləməliyik”.
 
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimlər təkcə ATU ilə məhdudlaşmayacaq. N.Hacıyevanın bildirdiyinə görə, təbliğat işlərinin genişləndirilməsi üçün onlar K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Sumqayıt Beynəlxalq Xəstəxanasında, Abşeron Mərkəzi Xəstəxanasında və bir neçə qadın məsləhətxanalarında olacaq, mütəxəssislərə ana südü ilə qidalanmaya doğru 10 addım barədə ətraflı məlumat verəcəklər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb