Azərbaycan nümayəndə heyəti Türkiyənin səhiyyə sektoru ilə tanış olur - FOTO
05.10.2021 17:55

İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST) üzrə Kamillik Mərkəzinin dəvəti ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyədə səfərdədir.

 

Aztibb.az xəbər verir ki, agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, səfər çərçivəsində agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Mərkəzin rəhbəri Eyup Vural arasında dövlət-özəl sektor tərəfdaşlığına dair görüş keçirilib. Tədbirdə səhiyyə sektorunda DÖST layihələrinin həyata keçirilməsi üzrə Türkiyə təcrübəsinə və qanunvericiliyinə dair fikir mübadiləsi aparılıb.

 

Z.Əliyev DÖST çərçivəsində tətbiq olunan layihələr ilə tanış olmaq məqsədilə xəstəxanaları ziyarət edib. O, həmçinin Türkiyənin səhiyyə sektoru üzrə zəngin DÖST təcrübəsinə malik yerli mütəxəssisləri ilə görüş keçirib.

 

Ölkəmizə səhiyyə sahəsinə sərmayə qoyuluşuna maraqlı olan iş adamları ilə təşkil olunan görüşdə isə Z.Əliyev Azərbaycanın səhiyyə sistemi, icbari tibbi sığortanın tətbiqi barədə onlara məlumat verib.

 

Z.Əliyev 44 günlük Vətən müharibəsində Türkiyədə müalicə alan qazilərimizi xəstəxanalarda ziyarət edib və onların səhhətləri ilə maraqlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır