ATU-da professor Tamerlan Əliyevin barelyefi açıldı
05.10.2021 16:15
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasından 100 il ötür. Bu münasibətlə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsində Tamerlan Əziz oğlu Əliyevin barelyefinin açılışı olub.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, açılış mərasimində universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətləri, gənc həkimlərimiz üçün örnək olan çoxşaxəli fəaliyyəti haqqında danışıb. O, Tamerlan Əliyevi Azərbaycanın tibb elminin və səhiyyəsinin öndər nümayəndəsi adlandırıb: “Yüksək insani keyfiyyətləri ilə seçilən professor Tamerlan Əliyev Azərbaycan üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə misilsiz töhfələr verib. Fəaliyyətinin müəyyən dövrü Tibb Universiteti ilə bağlı olan görkəmli alimin 100 illik yubileyi bizim ali məktəbdə də geniş qeyd olunur”.
Rektor qeyd edib ki, artıq ATU-da professor T.Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlərə start verib. Belə ki, ötən həftə universitetdə Gənc alimlər və tələbələrin konfransı keçirilib. Sabah isə ATU-da dünyanın 13 aparıcı elmi müəssisəsi və ali məktəbinin nümayəndələrinin iştirakı ilə beynəlxalq konqres işə başlayacaq. Üç gün davam edəcək tədbirdə Fransa, İngiltərə, Türkiyə, Kanada, ABŞ və Türkiyənin ali məktəblərindən qonaqlar iştirak edəcək.
Daha sonra görkəmli alim T.Əliyevin qızı Tamfira Əliyeva çıxış edərək ATU rəhbərliyinə atasının yaradıcılığına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Atası ilə bağlı xatirələrini bölüşən Tamfira Əliyeva onun iş həyatında Tibb Universitetində olduğu illərin mühüm rol oynadığını bildirib.
Sonra barelyefin açılışı olub.
Mərasimdə Tamerlan Əliyevin ailə üzvləri və yaxınları ilə yanaşı, ATU-nun nümayəndələri də iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

