Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatına başlanılıb
05.10.2021 14:21

Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərin protezlərlə təmin edilməsi tədbirində iştirak edib, son nəsil protezlərlə təmin edilən qazilərdən bir qrupu ilə görüşüb.

 

Nazir bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il Vətən müharibəsində tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Misilsiz döyüş hazırlığı nümayiş etdirərək möhtəşəm Zəfər qazandı və yurd yerlərimizi Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad etdi.

 

S.Babayev postmüharibə dövründə nazirliyin reabilitasiya mərkəzlərində 1500 qaziyə xidmətlər göstərildiyini deyib. Birinci və İkinci Qarabağ müharibəsi əlillərindən ibarət 1000-ədək şəxsin 9100-dən çox reabilitasiya vasitəsi ilə, əksəriyyəti qazilər olan 850 əlilliyi olan şəxsin mühərrikli təkərli oturacaqla təmin edildiyini diqqətə çatdırıb.

 

Bildirib ki, hələ 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun icra etdiyi xüsusi layihə çərçivəsində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə son illər Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində də dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. Beləliklə, Vətən müharibəsində Zəfər əldə etdikdən az sonra, 2020-ci ilin dekabrında müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır. Amputasiyası olan 180 qazidən artıq 145 hərbçi yüksək texnologiyalı, son – 4-cü nəsil müasir protezlərlə təmin edilib.

 

Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də bu günlərdə İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və onların da yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb. Bu gün də yüksək texnologiyalı protezlərlə təmin olunan qazilər yuxarı ətrafları amputasiya olunmuş şəxslərdir ki, onlara da son nəsil protezlər verilib.

 

Görüşdə qazilər onlarla bağlı bütün sahələrdə aparılan dəstək işlərindən razılıqla bəhs edib, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır