Səhiyyə Nazirliyi ilə UNICEF arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib
02.10.2021 08:55

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Aleks Haykens ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, görüşdə tərəflər aparılan əməkdaşlığın uğurlu olmasını qeyd edərək gələcəkdə də bu istiqamətdə səylər göstəriləcəyini vurğulayıblar. Həmçinin 2022-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib.


Eyni zamanda, ölkəmizdə ilkin səhiyyə xidmətlərinin genişləndirilməsi, eləcə də ana və uşaq sağlamlığının gücləndirilməsi, uşaqlarda inkişaf problemləri və əlilliyin erkən aşkarlanması və erkən müdaxilə xidmətlərinin tətbiqi, evə gedişlər (patronaj) və xüsusən həssas qruplar üçün nəzərdə tutulan normativ bazanın təkmilləşdirilməsi barəsində fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb