Masallı rayonunda yeniyetmələr üçün maarifləndirici tədbir keçirilib - Səhiyyə Nazirliyi 
01.10.2021 16:30
Masallı rayonunda yeniyetmə və gənclər üçün maarifləndirici tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 30 sentyabr 2021-ci il tarixdə Masallı rayonunda reproduktiv sağlamlığın qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir keçirilib. Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzi və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Masallı rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə yeniyetmə və gənclər iştirak ediblər.
 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək iştirakçılara reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzusunda ətraflı məlumat verib, zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərini izah edib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli çıxış edərək erkən nikahların fəsadlarından söz açıb, gənc nəsli sağlamlığını qorumağa çağırıb.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb