Həkim-travmatoloq: Erkən aşkarlanan yastıpəncəliyi konservativ üsullarla müalicə etmək mümkündür
30.09.2021 17:10

Yastıpəncəlik uşaqlar arasında geniş yayılan xəstəliklərdən biridir. Mütəxəssislərin fikrincə, bu, azyaşlılarda dayaq-hərəkət sistemi problemləri arasında ən geniş yayılan patologiyadır. Xəstəliyin əlaməti pəncə deformasiya olduğuna görə ayağın altının bütünlükdə yerə toxunmasıdır. Ayağın alt səthindəki medial qövsün azalması və ya tamamilə olmaması ayaq altının düzləşməsinə səbəb olur. Yastıpəncəliyin I, II və III dərəcələri var. Erkən aşkarlanan yastıpəncəliyi konservativ üsullarla müalicə etmək mümkündür.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-travmatoloq Müseyib Əhmədov məlumat verib.

 

O, bildirib ki, yastıpəncəliyin erkən aşkarlanmasına diqqət etmək lazımdır. Yastıpəncəliyin artması uşağın sosial həyatına təsir göstərir. Nəticədə uşaqlar sürətli və uzun müddət qaça bilmirlər, tez-tez yıxılırlar və baldırlarının arxa qrup əzələlərində ağrılar baş qaldırır. Bundan başqa, yastıpəncəlik inkişaf etdikdə diz oynağı və bud-çanaq oynağında ağrılar, hətta beldə onurğa əyrilikləri baş verir. Bu xəstəlik skalioz və kifozun artmasına səbəb olur. Ona görə də valideynlər çox diqqətli olmalıdırlar. Həkimə vaxtında müraciət etmək lazımdır. Fizioterapiya və reabilitasiya ilə erkən aşkarlanan yastıpəncəliyin inkişafının qarşısını almaq mümkündür. Belə olan halda, uşaqlara xüsusi ortopedik ayaqqabılar və ayaqqabı içlikləri təyin edilir. Lakin gec aşkarlanan yastıpəncəlik isə yalnız əməliyyatla müalicə oluna bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev