Əlilliyi olan şəxslərin tibbi sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirlər həyata keçirilir
30.09.2021 10:49

Əliliyin qiymətləndirilməsi üzrə elektron infrastruktur artıq hərbi səbəblərlə əlaqədar tibbi şəhadətləndirmə sistemini də əhatə edir. Son aylarda tətbiq olunan “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi həmin şəhadətnamələrin təqdim edilməsi prosesinin elektronlaşmasına, nəticədə bu istiqamətdə fəaliyyətin xeyli çevikləşməsinə və tam şəffaflaşmasına imkan verib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti kollegiya iclasında bildirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sosial sahədə əhaliyə xidmətlərin müasir texnologiyalar üzərində, şəffaf və operativ şəkildə qurulması üçün son illərdə geniş islahatların aparıldığını vurğulayıb. Bu gün artıq Nazirliyin 170 xidmətindən 105-nin elektron şəkildə, o cümlədən 44-nün proaktiv formada göstərildiyini bildirib. Daha 56 xidmətin elektronlaşdırılması, onlardan 20-dək xidmətin proaktiv formada qurulması işlərinin aparıldığını deyib.

 

“Elektron Hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xidmətlərə təkcə bu ilin 8 ayında 10,3 milyon, e-sosial.az portalına 6 milyon 850 minə yaxın müraciət edildiyi, 130 minədək pensiya, müavinət, təqaüd təyinatının, 93 min sosial sığorta nömrəsinin açılmasının, 430 minə yaxın arayışın verilməsinin e-qaydada, proaktiv formada icra olunduğu bildirilib. İnformasiya bazalarının inteqrasiyası təmin olunan 31 qurumdan bu ilin 8 ayında Nazirliyin informasiya bazalarına edilmiş sorğuların 86 milyondan çox olduğu qeyd edilib.

 

S.Babayev reabilitasiya xidmətlərinin keyfiyyətinin artırılması ilə bərabər, bu xidmətlərin şəbəkəsinin genişləndirilməsi işlərinin də davam etdirildiyini, bu il Qəbələ və Şəmkirdə uşaqlar  üçün reabilitasiya mərkəzlərinin açılacağını diqqətə çatdırıb. Həmin müəssisələrin  nizamnamələrinin, habelə əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri əhatə edən Fərdi reabilitasiya proqramının və abilitasiya tədbirlərinə dair qaydaların hazırlandığını bildirib. 

 

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirləri qeyd edən nazir 2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 30 faizə yaxın artım olduğunu, son 3 ildə əmək haqqı fondunun 82% artdığını deyib. O, ölkəmizdə himayədar ailə institutunun formalaşdırılması işlərinin davam etdirildiyini deyib.

 

Nazirlik tərəfindən müvafiq fəaliyyət sahələri üzrə normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi sahəsində fəaliyyətdən də bəhs olunub. Cari  ilin ötən dövründə qurum tərəfindən aidiyyəti sahələrə dair 556-dək normativ hüquqi aktın layihəsinin hazırlandığı (3 il əvvəlki müvafiq illik göstəricidən (184 akt) 3 dəfə çox) onlardan artıq 243-nün təsdiq edildiyi bildirilib.

 

İclasda “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminin tətbiqi, qeyri-formal məşğulluğun qarşısının alınması, yeni e-xidmət və e-təyinat sistemlərinin, altsistem və reyestrlərin hazırlanması sahələrində aparılan işlər, BMT-nin Əhali Fondu və Çexiyanın Karlov Universiteti ilə birgə icra edilən əhali proqnozlarının hazırlanması üzrə layihənin icrası, beynəlxalq əməkdaşlıq sahələrində aparılan işlər müzakirə edilib. Həmçinin Dövlət qulluğu və kadr məsələləri, Hüquq şöbələri tərəfindən cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb.

ÇOX OXUNANLAR
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar