Azərbaycanlı həkim İtaliyanın nüfuzlu univesitetində təlim keçir
30.09.2021 10:18

Azərbaycanlı həkim Sabrin Ali Azim İtaliyanın tibb universitetində təlim keçməyə dəvət olunub.

Bu barədə Aztibb.az-a o, özü açıqlama verib. 

 

S.Ali Azim Roma şəhərində “Catholic University of the Sacred Heart” Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ingilis dilində tədris etməyə başlayıb.

 

Həmvətənlimiz ağız və üz-çənə cərrahiyyəsi üzrə mühazirəni onlayn formada keçirir.

 

Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, prof. Alessandro Moro təlimlərin yaxın gələcəkdə daha çox keçirilməsini planlaşdırıb. Üz-çənə cərrahiyyəsi üzrə konsultant Dr. Saponaro isə tələbələrin bu təlimi xüsusi maraqla qarşıladığını qeyd edib.

 

Qeyd edək ki, təlimlər 4 oktyabr 2021-ci il tarixinə qədər davam edəcək.

 

Xatırladaq ki, S. Ali Azim Azərbaycan Tibb Universitetinin məzunudur və uzun illər xaricdə yaşayıb işləyərək ölkəmizi təmsil edir. Həmçinin öz ixtisası üzrə bir neçə assosiasiyasının üzvüdür. O, eyni zamanda Fransadakı Alim Elmi Assosiasiyasının və beynalxalq qadınlar klubunun üzvüdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır