Azərbaycanda hər il 40 minə yaxın insan qan dövranı sistemi xəstəliklərindən həyatını itirir - Rəşad Mahmudov
29.09.2021 17:06

Ürək-damar xəstəlikləri bütün dünyada, eləcə də ölkəmizdə ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər sırasındadır. Azərbaycanda hər il 40 minə yaxın insan qan dövranı sistemi xəstəlikləri nəticəsində həyatını itirir. Koronavirus pandemiyasına bağlı olaraq insanların aktiv həyat tərzindən uzaq olması da ürək-damar xəstəliklərinin sayının artmasında rol oynayır. 

 

Aztibb.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov 29 sentyabr - Ümumdünya Ürək Günü ilə bağlı təbrik çıxışında bu barədə məlumat verib. 

 

"Tibbin bu sahəsinin inkişafı ölkəmizdə həmin xəstəliklərlə mübarizədə yeni imkanlar açıb. Bununla yanaşı, insanlar gündəlik həyat tərzi ilə bu kimi problemlərin yaranması riskindən uzaq ola bilərlər. Bunun üçün gündəlik idmanla məşğul olmaq, sağlam qidalanma, siqaret və alkohol kimi zərərli vərdişlərdən imtina etmək, o cümlədən sevgi ilə gülümsəyə bilmək əhəmiyyətlidir. Hər birinizə ürək xəstəlikləri və onların fəsadlarından uzaq bir həyat arzu edirəm" - deyə R.Mahmudov müraciətdə bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır