AQTİ vakansiya elan edir  
29.09.2021 15:14

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi məqsədilə müvafiq ixtisasa yiyələnmiş və müvafiq sahə üzrə 5 il iş təcrübəsi olan mütəxəssisləri əməkdaşlığa dəvət edir.

 

AQTİ-dən Aztibb.az-a verilən məlumaat görə, əməkdaşlıq çərçivəsində uyğun namizədlərlə AQTİ arasında müvafiq müqavilə imzalanacaq və namizədin Türkiyə Respublikasında təlim, o cümlədən digər xərcləri institut tərəfindən qarşılanacaq.

 

Bitki sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər:

· Entomoloq

· Fitohelmentoloq

· Herboloq

· Mikoloq

· Molekulyar Bioloq

· Virusoloq

· Mikrobioloq

· Aqrokimyəvi preparatların ekspertizası üzrə mütəxəssis

· Aqronom

Heyvan sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər

· Mikrobioloq

· Molekulyar Bioloq

· Virusoloq

· İxtioloq

· Parazitoloq

· Baytarlıq preparatlarının ekspertizası üzrə mütəxəssis

 

Qida təhlükəsizliyi üzrə ehtiyac olan mütəxəssislər

· Qida mühəndisi

· Standartlar və sertifikasiya üzrə mütəxəssis

· Risk təhlili üzrə mütəxəssis

 

Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il sentyabrın 29-dan noyabrın 1-dək öz şəxsi məlumatlarını hr.aqti@afsa.gov.az elektron ünvanına “Əməkdaşlıq” başlığı ilə göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Əlaqə nömrəsi: (012) 565-12-82 (530, 532).

 

Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub