Bu il icbari tibbi sığorta çərçivəsində 97 nəfər koxlear implantasiya əməliyyatı olunub
29.09.2021 15:00

2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 97 nəfər icbari tibbi sığorta çərçivəsində koxlear implantasiya əməliyyatı olunub. Əməliyyat olunanların 91-ini uşaqlar, 6-sını isə böyüklər təşkil edib.

 

Aztibb.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, koxlear implantasiya əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Xidmətlər Zərfinə əsasən təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində təminat verilən koxlear implantasiya əməliyyatının sayı 300 müəyyən edilib. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), nitq prosessoru (üst cihaz) və eyni zamanda əməliyyatdan sonrakı 12 ay ərzində ən azı 3 dəfə cihazda səsin tənzimlənməsinin həyata keçirilməsi, habelə sığortaolunanın əməliyyat sonrası reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya və inteqrasiyası üçün 36 seans loqoped və 36 seans psixoloq xidməti vətəndaşlara ödənişsiz göstərilir. Loqoped xidmətinə uşaqların eşitmə qavrayışı, nitqi, kommunikativ ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs-tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlərin həyata keçirilməsi aiddir. Psixoloq xidmətinə isə öz növbəsində uşağın mövcud olduğu mühiti, problemin kökünü araşdıraraq, azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozğunluğunun aradan qaldırılması üzrə fəaliyyət istiqamətləri aiddir.

 

Dövlət tibb müəssisələrində icrası mümkün olmayan, xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatı Agentliyin müqavilə bağladığı tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilir.

 

Nazirlər Kabinetinin Qərarına əsasən sığortaolunanlara koxlear implantasiya əməliyyatının göstərildiyi əsas şərtlər bunlardır:
• Bu təminat anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı olan sığortaolunanlara şamil edilir;
• Anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortapolunanların yaş həddi 40 (qırx) yaş kimi müəyyən edilir.

 

Qeyd edək ki, koxlear implantasiya əməliyyatı və sonrakı reabilitasiya dövrü əməliyyat olunmuş şəxslərin cəmiyyətdə öz yerini tutmasına köməklik göstərir, eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir. Daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihaz yerləşdirilərək eşitmə qabiliyyətinin bərpası mümkündür.

 

Məlumat üçün bildirək ki, eşitmə itkisinə başlıca səbəb olaraq genetik faktorlar, yəni qohum evlilikləri, qulaq iltihabları, ana bətnində və ya doğuş zamanı yaranan infeksiyalar səbəbindən yaranan fəsadlar göstərilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb