Dövlət müəssisələrindəki uşaqların ailələrə verilməsi üçün yeni model tətbiq olunacaq - Nazir
29.09.2021 14:26

Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan və dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına şərait yaradan “Himayədar ailə” qayğı modelinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur. Bu məqsədlə institusional hazırlıq işləri aparılır. BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq istiqamətlərindən biri də bu sahəni əhatə edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu çərşənbə günü əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə tanışlıq görüşündə bildirib.

 

Nazir uşaqların müdafiəsi və inkişafının, hüquqlarının qorunmasının dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. S.Babayev ölkəmizdə sosial müdafiə, eləcə də uşaq qayğı sisteminin inkişafı istiqamətində aparılan islahatları, bu sahədə UNICEF-lə fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edib.

 

Nazir bu ilin may ayında imzalanmış “2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı”nın əhəmiyyətini diqqətə çatdırıb. Bu Plan üzrə UNICEF-lə birgə pilot mərhələdə icra edilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli”ni qeyd edib. Həssas qruplardan olan uşaqlar və ailələrlə bağlı vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə kompleks sosial xidmətləri nəzərdə tutan həmin modelin geniş tətbiqinin nəzərdə tutulduğunu bildirib.

 

A.Haykens UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını və bu əməkdaşlığın qarşıdakı dövrdə də inkişafı üçün səy göstərəcəyini vurğulayıb.

 

Görüşdə hazırki əməkdaşlıq istiqamətləri, ölkəmizdə uşaq qayğı sisteminin inkişafı sahəsində aparılan islahatlar, “2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı” üzrə görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib