ATU-nun Tədris Terapevtik Klinikası fəaliyyətini bərpa edir
28.09.2021 17:55
ATU-nun Tədris Terapevtik Klinikasında yeni tədris ilinin başlanması ilə əlaqədar müşavirə keçirilib.
 
Aztibb.az xəbər verir ki, 2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq ATU-nun Tədris Terapevtik Klinikasında kafedra, tədris hissə, şöbə müdirləri, baş tibb bacıları, təsərrüfat bacıları və digər şöbə rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
 
Klinikanın direktoru, professor Surxay Musayev iştirakçıları Nazirlər Kabinetinin təhsillə bağlı 21 sentyabr 2021-ci il tarixli, 275 saylı qərarı ilə tanış edib. Qeyd olunub ki, indiyə qədər COVID-19 xəstələrinin müalicəsi üçün bağlanmış klinika artıq normal fəaliyyətini bərpa edir. Bu günlərdə dezinfeksiya və cari təmir işləri yekunlaşandan sonra oktyabrın 1-dən etibarən bütün mühazirələr, praktik məşğələlər və xəstə qəbulu klinikada keçiriləcək. Bununla əlaqədar olaraq daxili intizam, xəstələrin və personalın klinikaya giriş-çıxışına nəzarət məsələlərinə də toxunulub.
 
Professor Surxay Musayev, həmçinin klinikada bir sıra cihazların, o cümlədən rentgen, angioqrafiya, 4D görüntülü exokardioqrafiya, elektrik cərəyanı sıçrayışlarının qarşısını alan UPS-lərin və digər aparatların təmir olunaraq yenidən klinikanın istifadəsinə verildiyini diqqətə çatdırıb.
 
Sonra klinika rəhbərliyi tərəfindən şöbə müdirlərinə, böyük tibb bacılarına, təsərrüfat bacılarına tədris otaqlarının, palataların hazırlanmasına dair tapşırıq verilib.
 
Toplantıya bir sıra cari məsələlərin müzakirəsi ilə yekun vurulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır