Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300-dən çox qaziyə xidmət göstərilib
28.09.2021 16:03

2020-ci ilin noyabrın 14-dən bu günə qədər Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300-dən çox Qarabağ qazisinə xidmət göstərilib.

 

Aztibb.az xəbər verir ki, bunu Sanator-Kurort Reabilitasiya Mərkəzinin direktoru Mürsəl Mürsəlov Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində "Qazilərin reabilitasiyası" mövzusunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, ayda 100-150 qazi müraciət edib: "Müraciətlər müxtəlifçaplı mərmi zədələnmələri, travmalarla bağlı olub. Kəllə-beyin travmaları da iki hissəyə ayrılır. 100-150 nəfərdə açıq, 700-750 nəfərdə qapalı kəllə-beyin travması aşkarlanıb. Həmçinin, periferi sinir zədələnmələri, onurğa-beyin zədələnmələri də qeydə alınıb. Bundan başqa, müraciət edən qazilərdə psixoloji problemlər də aşkarlanıb. Bu istiqamətdə də müvafiq müalicələr aparılıb. Bu gün də qazilərin müalicəsi davam etdirilir".

 

Qeyd edək ki, 2020-ci ilin noyabrın 14-dən etibarən Sanator-Kurort Reabilitasiya Mərkəzi qazilərə xidmət üçün ayrılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır