Quba Regional Perinatal Mərkəzdə tibb işçiləri üçün təlim kursu təşkil edilib
28.09.2021 16:00
TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsi Neonatal İşçi Qrupla birgə Amerikanın Kardioloji Assosasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə 2020-ci ildə təsdiqlənmiş əlavələri əhatə edən növbəti təlim kursu təşkil edilib.
 
Quba Regional Perinatal Mərkəzdə keçirilən təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Xızı rayon Mərkəzi xəstəxanalarının və Siyəzən Müalicə Diaqnostika Mərkəzinin doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacıları iştirak ediblər.
 
Təlimçilər - t.ü.f.d. Sevda Əsədova, Nahidə Mahmudova və Xeyransa Bayramova iştirakçılara NRP kurs proqramına əsasən nəzəri biliklər və praktiki bacarıqları təqdim ediblər.
 
Təlim proqramını müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib