Bitki sağlamlığının təmin edilməsi istiqamətində təcrübə mübadiləsi genişləndirilir - AQTİ
28.09.2021 14:40

Latviyanın BIOR laboratoriyasının Kimya departamentinin müdiri Vadims Bartkeviçs “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında olub.

 

Aztibb.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, latviyalı mütəxəssislə layihə çərçivəsində həyata keçirilən əməkdaşlığın, təcrübə mübadiləsinin əhəmiyyəti barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Xüsusilə də bitki sağlamlığının təmin edilməsi sahəsində Lənkəran Regional Sınaq Laboratoriyası ilə əməkdaşlığın inkişaf etdirilməsinin böyük perspektivi olduğu vurğulanıb. Qonağa Lənkəran Regional Sınaq Laboratoriyasının fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin olunması istiqamətində fəaliyyət göstərən laboratoriyanın toksikologiya, fiziki-kimyəvi müayinələr, mikrobiologiya, virusologiya, karantin ekspertiza şöbələrində zəruri müayinələrin aparılması üçün qabaqcıl maddi-texniki baza, səriştəli kadr heyəti mövcuddur. Latviyalı qonağa Lənkəran Regional Sınaq Laboratoriyasının fəaliyyət istiqaməti üzrə dünyanın nüfuzlu ölkələrinin də iştirak etdiyi səriştəlilik sınaqlarında əldə etdiyi uğurlar barədə məlumat verilib.

 

V.Bartkeviçs müayinə üsulları, ekspertiza xidmətləri ilə tanış olmaq məqsədilə Lənkəran Regional Sınaq Laboratoriyasının iş prinsipi ilə yaxından tanış olub. Görüşdə laboratoriya əməkdaşları ilə qida təhlükəsizliyi sahəsində müasir laborator müayinə metodlarının təşkili istiqamətində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır