Azərbaycan və İtaliya alimlərinin birgə tədqiqatı: bir sıra ciddi xəstəliklərə qarşı terapevtik müalicə üsulu təklif olunub
28.09.2021 13:03

Son illər aparılan tədqiqatlar Alzheymer, Parkinson və s. kimi zülal amiloid xəstəliklərinin dünya əhalisi arasında geniş yayıldığını göstərir. Bu xəstəliklər yaşla əlaqəli xəstəliklər sinfinə aid edilir. Bir çox digər xəstə­lik­lər və onların yaratdığı fəsadlar, məsələn katarakt, şəkərli diabet və s., zülal aqreqasiyası və amiloid əmələ gəlməsi ilə müşahidə olunur. Amiloid xəstəliklərinin yaxın gələcəkdə dünyanın böyük tibbi və iqtisadi problemi olacağı gözlənilir.

 

Aztibb.az xəbər verir ki, AMEA və İtaliyanın Milli Tədqiqatlar Şurası (CNR) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar amiloid xəstəliklərinə qarşı mübarizədə yeni perspektivlər açıb.

 

Tədqiqat işlərinə Azərbaycan tərəfindən AMEA-nın Biofizika İnstitutunun direkto­ru, müxbir üzv Oktay Qasımov, İtaliya tərəfindən isə Kimya Elmləri və Texnologiyaları İnstitutunun alimi Laura Ragona rəhbərlik edir. Uzun müddət aparılan tədqiqat işində Biofizika İnstitutunun dissertantı Aidə Məmmədzadə yaxından iştirak edib.

 

Belə ki, aparılan tədqiqatlar nəticəsində ipək fibroini zülalının amiloid əmələ gəlmə mexanizminin insan orqanizmində baş verən patoloji fibril əmələ gəlməsi ilə oxşar olması aşkarlanıb.

 

Həmçinin, müxtəlif biofiziki yanaşmalardan (Konqo Red testi, dairəvi dixroizm, dinamik işıq səpilməsi, molekulyar dokinq, polarizə edilmiş işıq mikroskopu və flüoressensiya) istifadə eməklə antibiotik kimi tanınan fusidik turşusunun fibroinə qarşı anti-aqreqasiya agenti kimi fəaliyyət göstərməsi müəyyən edilib. Fusidik turşusu insanlarda istifadə üçün təsdiqlənib və hazırda oftalmologiyada istifadə olunur.

 

Aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq, fusidik turşusunun katarakt əməliyyatı zamanı götürülmüş büllur materialında da anti-aqreqasiya agenti funksiyasını yerinə yetirdiyi müəyyən edilib. Maraqlıdır ki, fusidik turşusu nəinki zülalların amiloid əmələ gəlməsinin qarşısını alır, hətta artıq yaranan amiloidləri  parçalaya bilir.

 

Tədqiqatların nəticəsi göstərir ki, fusidik turşusunun istifadəsi bir çox amiloid xəstəliklərinin inkişafının qarşısının alınmasında və müalicəsində mühüm rol oynaya bilər.

 

Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Biophysical Chemistry” beynəlxalq jurnalında çap olunan məqalədə (Sodium Fusidate Prevents Protein Aggregation of Silk Fibroin and offers new perspectives for human lens material disaggregation, Biophysical Chemistry) öz əksini tapıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində elmi seminar: “Hemolitik-uremik sindrom” 
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib