Koronavirusa yoluxmuş Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət edib
28.09.2021 11:11

Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

 

Aztibb.az-ın məlumatına görə, jurnalistin anası Zöhrə Hüseynova müraciətində bildirib ki, oğlu, Azərbaycanın tanınmış jurnalisti və teleşərhçisi, 25 ilə yaxın televiziyada çalışmış, Azərbaycan Olimpiya Hərəkatının, idman ailəsinin uğurlarını daim təbliğ etmiş Şükürov Elnur Əşrəf oğlu hazırda ağır xəstədir.

 

“2021-ci il sentyabrın 2-də koronavirus infeksiyasına yoluxan oğlumun vəziyyəti ağırlaşdığından ayın 9-da müalicə üçün "Yeni Klinika"ya yerləşdirilib. Lakin həkimlərin bütün diqqət və qayğısına, Elnuru həyata qaytarmaq üçün etdikləri cəhdlərə baxmayaraq, övladımın vəziyyətində irəliləyiş olmayıb, əksinə, sentyabrın 19-da koma vəziyyətinə düşüb. Hazırda övladıma həyatda qalması üçün EKMO aparatı vasitəsilə dəstək verilir. Elnurun bir böyrəyi 10 il əvvəl ağır xəstəlik səbəbindən götürüldüyündən hazırki durumda oğlumun səhhəti üçün əlavə problem yaradıb”, - deyə Z. Hüseynova qeyd edib.

 

O, ana olaraq, son ümid işığı kimi Mehriban Əliyevaya müraciət etdiyini vurğulayıb: “Xahiş edirəm, övladımın müalicəsini öz diqqət və nəzarətinizə götürəsiniz. Bizim ailə üçün, Elnurun 2 azyaşlı övladı üçün son dərəcə kritik bu məqamda ümidimiz göydə Allaha, yerdə Sizin şəfqət və mərhəmətinizədir”.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib