28 sentyabr – Quduzluğa qarşı Mübarizə Günüdür  
28.09.2021 10:49

Quduzluq insan və heyvanlar üçün ciddi təhlükə törədən virus mənşəli xəstəlikdir. Xəstəlik törədiciləri ətyeyən vəhşi heyvanlardır. Bu heyvanlar sahibsiz itlər və digər heyvanlarla təmasda olduqlarından quduzluq xəstəliyinin yayılmasının qarşısının tam alınması mümkün olmayıb.

 

Aztibb.az xəbər verir ki, müxtəlif məqsədyönlü tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bu xəstəliyə nadir hallarda olsa da, respublikamızda insanlar və heyvanlar arasında rast gəlmək mümkündür.

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabr ayının 28-ni dünyada Quduzluqla Mübarizə Günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.

 

OIE-nin məlumatına əsasən, hər il dünyada 60000 insan quduzluqdan dünyasını dəyişir. İnsanların 95 faizi bu xəstəliyə sahibsiz və quduzluğa qarşı peyvənd olunmamış itlər tərəfindən yoluxur. Afrika və Asiya dövlətləri quduzluğa görə ən yüksək riskə malik olan ərazilərdir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, təşkilatın dəstəyi ilə vahid strategiya hazırlanaraq həyata keçirilməyə başlanıb.

 

Quduzluq xəstəliyi ilə mübarizə məqsədilə ölkəmizdə itlər arasında peyvəndləmə aparılır. Eləcə də, vəhşi heyvanlar arasında quduzluq müşahidə edildikdə, təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və diaqnostik nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun milli və regional istinad laboratoriyalarına göndərilir.

 

Quduzluq xəstəliyindən qorunmaq və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşəbbüsünə töhfə verməklə xəstəliyin kökünün kəsilməsi məqsədilə it, pişik və digər ətyeyən heyvanların sahibsiz və nəzarətsiz saxlanılmasına yol verməmək, onların qeydiyyatdan keçirilərək baytarlıq mütəxəssisləri tərəfindən zəruri profilaktik tədbirlərə cəlb edilməsi tövsiyə olunur.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib