Antidiabet potensialına malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqatlar aparılıb  
27.09.2021 10:15

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Bakı Dövlət Universitetinin alimləri – akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, doktorant Fidan Axundova Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə birlikdə müştərək tədqiqatlar çərçivəsində antidiabetik potensiala malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqatlar aparıb və mühüm elmi nəticələr əldə ediblər.

 

Alınan bu nəticələrlə bağlı məqalə impakt faktorlu “Politsiklik Aromatik Birləşmələr” (“Polycyclic Aromatic Compounds”) adlı nüfuzlu xarici jurnalda dərc edilib.

 

Məqalə bioloji aktivliyə malik bisiklik strukturların molekulyar dokinq araşdırılmasına, antidiyabetik və antixolinerjik potensialının qiymətləndirilməsinə həsr olunub. Bəzi bisiklik molekulların molekulyar dokinq hesablamaları və müxtəlif analiz nəticələrindən əldə edilən göstəricilər bu molekulların gələcəkdə diabet əleyhinə dərman olaraq istifadəsində heç bir nəzəri problem olmadığını təsdiq edib.

 

Qeyd edək ki, sözügedən jurnal “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır