Avstraliya baş naziri: Daha güclü və müstəqil Ümumdünya Səhiyyə Təşkilatı yaradılmalıdır
25.09.2021 15:42

Avstraliya epidemioloji nəzarət sahəsində daha geniş səlahiyyətlərə malik, güclü və müstəqil Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasına və COVID-19 pandemiyasının yaranmasının səbəblərinin tez bir zamanda tədqiq olunmasına çağırıb.

 

Aztibb.az xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Skott Morrison BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı bəyan edib.

 

Baş nazir bildirib ki, dünya ictimaiyyəti gələcək pandemiyaların qarşısını almağı öyrənməlidir və bunun üçün epidemioloji nəzarət və pandemiyalara cavab verməyə qadir, daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST yaratmaq lazımdır.

 

“İndiki şəraitdə Ümumdünya Səhiyyə Təşkilatına üzv olan hər bir ölkənin borcu hamımızı qoruya biləcək təşkilatı yaratmaq istəyini ifadə etməkdir”, - deyə Baş nazir əlavə edib.

 

S.Morrison, həmçinin bildirib ki, dünya ölkələri COVID-19-un ilk dəfə necə yarandığını aydınlaşdırmaq üçün aparılan tədqiqat işlərini sürətləndirməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır