Həkim, rezident və tibb tələbələri üçün Ultrasəs Müayinə Kursu keçiriləcək
25.09.2021 13:40
Həkim, rezident və tibb tələbələri üçün Ultrasəs Müayinə Kursu keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, kurs müddəti 100 saat (25 dərs) olmaqla, dərslər 3 ay müddətində Türkiyədə və Almaniyada radioloq kimi çalışmış 2 müəllim tərəfindən keçiriləcək. Dərslər nəzəri və praktik formada tədris olunacaq. Kurs müddəti ərzində iştirakçılar 50 pasiyenti müayinə edəcək. Vəsait kimi Almaniya istehsalı olan son model ultrasəs aparatı istifadə olunacaq. İştirakçılar ədəbiyyat və rəngli ultrasəs atlası ilə təmin olunacaqlar.
 
Kurs proqramı aşağıdakı kimi olacaq:
 
– 2 həftə Ümumi ultrasəs müayinə
– 2 həftə Qastroenterologiya
– 2 həftə Endokrinologiya
– 2 həftə Urologiya
– 4 həftə Ginekologiya və Andrologiya
 
Kurs 4 oktyabr 2021-ci ildən etibarən başlayacaq və həftədə 4 dəfə olmaqla saat 14:00-dan 18:00-a qədər davam edəcək. Bundan əlavə, çətinliyi olanlar üçün dərs müddətindən əlavə vaxt nəzərdə tutulub ki, keçirilən mövzular tam anlaşılsın.
 
Sonda iştirakçılara Almaniyanın Freiburg Universitetinin (Universität Freiburg) tərəfdaşı olan qurum tərəfindən sertifikat veriləcək.
 
Kursda yalnız 20 nəfərin iştirakı nəzərdə tutulub.
 
Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi və tibb təhsilini təsdiqləyən sənəd ilə (diplom və ya tələbə bileti) hər gün saat 10:00-18:00 arası "Freiburg Akademie"yə müraciət edib müqavilə bağlamaq tələb olunur.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub