Böyrəyini itirmək təhlükəsi ilə üz-üzə olan 2 yaşlı qızın əməliyyatı uğurla başa çatıb - Mərkəzi Klinika  
26.09.2021 13:20
2 yaşlı qız uşağına öncə sidik kisəsində şiş diaqnozu qoyulub. Valideynləri qorxu içində övladlarını Mərkəzi Klinikaya aparıblar. Müayinələr zamanı bəlli olub ki, əslində bu "şiş" sidik axarının sidik kisəsinə girən yerdə şar kimi şişməsi nəticəsində meydana gəlib. (Üreterosele).
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
Həkimin sözlərinə görə, bu böyükölçülü şar sidiyin axmasına ciddi mane olurdu, nəticə olaraq da sol böyrəkdə ciddi genişlənmə mövcud idi. Üstəlik genişlənmiş böyrəkdən 2 sidik axarı çıxırdı və sidik hər iki sidik axarına əks istiqamətdə geri qayıdırdı (grade 5 VUR):
 
"Böyrəkdə olan bu problemlər uşağı çox incidirdi. Qızdırma, sidiyə çıxmaqda çətinlik və s. Belə vəziyyətdə gözləmək böyrəyi itirmək demək idi.
 
2 yaşlı qızı bu risklərdən qurtarmaq üçün cərrahi əməliyyat qərarı verildi. Əməliyyatla sidiyin geriyə qayıtmasının qarşısı alındı və rahat axması təmin edildi (Üreteroneosistostomiya). Hazırda uşaq evindədir və yenidən doğulmuş kimi bütün risklərdən uzaq həyatına davam edir".
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır