AQTİ "Ümumrusiya Bitki Karantini Mərkəzi" ilə əməkdaşlıq edəcək  
23.09.2021 16:45
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Federal Dövlət Büdcə Təşkilatı "Ümumrusiya Bitki Karantini Mərkəzi" (ФГБУ “ВНИИКР”) arasında anlaşma memorandumu imzalanıb.
 
Sənəddə təbii və kənd təsərrüfatı biosenozlarındakı zərərli orqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi, karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin aşkarlanması və müəyyənləşdirilməsi metodlarının işlənib hazırlanması, təkmilləşdirilməsi üçün birgə elmi-tədqiqat işlərinin aparılması əks olunub. Həmçinin orqanik məhsulların istehsalında karantin zərərli orqanizmlərə nəzarət meyarlarının və metodlarının hazırlanması və digər sahələrdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
 
AQTİ və "Ümumrusiya Bitki Karantini Mərkəzi" elmi-tədqiqat məlumatlarının, tədqiqat təcrübəsinin ikitərəfli mübadilə edilməsi, müştərək seminar, təlim, təcrübə, konfransların təşkil olunması, eyni zamanda, tədqiqat nəticələrinin birgə dərc olunması ilə bağlı razılığa gəlib.
 
Memorandum çərçivəsində tərəflər qida təhlükəsizliyi və bitki mühafizəsi sahəsində qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib