ATU əməkdaşının məruzəsi seçilmiş elmi işlərin siyahısına daxil edilib
22.09.2021 17:29

Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Cəmiyyətinin (İSAPS) 50-ci yubiley konfransı keçirilib.

 

Ötən əsrin 70-ci ilində yaradılan cəmiyyətin yubiley tədbiri 2020-ci ildə keçirilməli idi. Lakin bütün dünyanı əhatə edən pandemiya səbəbindən yubiley konfransı təxirə salınmışdı. Bu il isə idarə heyəti tərəfindən konfransın hibrid formatda keçirilməsi qərara alınıb.

 

Konfransın işinə həm canlı, həm də onlayn formatda Azərbaycan alimləri də qatılıblar.

 

Aztibb.az xəbər verir ki,  beynəlxalq konfransda iştirak edən universitetin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova “Antropometrik müayinəsinin və xeylorinoplastikasının protokolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə anadangəlmə qüsurların aradan qaldırılması metodlarına yeni yanaşmalar da öz əksini tapıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycanlı alim məruzədə toxunulan məsələlərə dair sualları da cavablandırıb.

 

N.Sultanovanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrini təmsil edən plastik cərrahlar konfransa 3000-dən çox elmi iş göndəriblər. Həmin elmi işlərdən yalnız 240-ı seçilib və seçilmiş elmi işlərin siyahısına onun məruzəsi də daxil edilib.

 

N.Sultanova 95 ölkədən 1500 nəfərin canlı, 3000 nəfərin isə virtual formatda qoşulduğu konfransda müxtəlif sərgilərin təşkil olunduğunu, dünyanın məşhur plastik cərrahlarının master klaslar keçdiyini, xüsusi ayrılmış zalda üç gün müddətində canlı əməliyyatlar aparıldığını bildirib. Qeyd edib ki, bu, pandemiya başlayandan indiyədək keçirilən ən böyük canlı tibbi konfrans idi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır