Saxta COVID pasportu alanlar da məsuliyyətə cəlb edilə bilər - DİN-dən XƏBƏRDARLIQ
22.09.2021 14:46

Daxili İşlər Nazirliyi saxta COVID-19 pasportu alanlara xəbərdarlıq edib.

 

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır:

 

"Vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər. Bu, istintaq hərəkətləri ilə əlaqəli məsələdir. Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır.

 

Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var. Şüurlu şəkildə müəyyən vəsait ödəməklə alırlar və onların bu əməli qiymətləndirilib daha ağır formada cəzalandırıla bilər. Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir”.

 

Şöbə müdiri deyib ki, saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib