ÜST Dövlət Gömrük Komitəsinə 300 min tibbi maska təhvil verib 
22.09.2021 13:44

Sentyabrın 22-də Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.

 

Aztibb.az xəbər verir ki, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yeni növ koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Həmin tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.

 

Təhvil-təslim mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, pandemiya başlayandan COVID-19-a qarşı mübarizədə iştirak edən səhiyyə işçiləri və humanitar təşkilatların, eləcə də hökumət tərəfdaşları və maraqlı tərəflərin təhlükəsizliyinin təmin edilməsi ÜST üçün əsas prioritetə çevrilib: "Həmçinin Almaniya hökumətinin yardımı hazırkı şəraitdə ictimai səhiyyə və sosial tədbirləri genişləndirməyə kömək edəcək, səhiyyədə fövqəladə hallara hazırlığın artırılmasında rol oynayacaq".

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev göstərilən yardıma görə Almaniya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib, pandemiya başlayandan bəri Azərbaycan Respublikasının Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu vurğulayıb.

 

Komitə sədri qeyd edib ki, pandemiyanın ilk mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün operativ tədbirlər görülüb. Pandemiyanın ilk günlərindən ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib, hazırda da sanitar-profilaktik və dezinfeksiya tədbirləri xüsusi rejimdə davam etdirilir. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Hospitalının koronavirusla mübarizədə öz işini tamamilə yenidən quraraq hələ ötən ilin iyunundan yalnız koronaviruslu xəstələri qəbul etməyə başladığını diqqətə çatdırıb. Hazırda COVID-19-la mübarizəyə qoşulan Mərkəzi Gömrük Hospitalında koronavirusun müalicəsi üçün hərtərəfli şərait yaradıldığı və peşəkar tibbi personalın xidmət göstərdiyi bildirilib.

 

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq COVID-19-la mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

“Almaniya peyvəndlərə, diaqnostikaya və maska kimi tibbi vasitələrə ədalətli, şəffaf və əlverişli şəkildə əlçatanlığı təmin etmək öhdəliyinə sadiqdir. Almaniya bəzi dövlətlərin ikitərəfli vədlərindən fərqli olaraq, bu öhdəliyi siyasi şərtlərlə əlaqələndirmir. Almaniya Federal Hökuməti uzunmüddətli perspektivdə regional sağlamlığı təmin etmək arzusundadır. Qazanılan təcrübəni gələcəkdə istifadə etmək məqsədilə ÜST-nin güclənməsi üçün çağırış edir",- deyə səfir qeyd edib.

 

Bildirilib ki, Almaniya hökuməti dünyada 100 milyon peyvənd dozasının paylanması daxil olmaqla, koronavirusla mübarizəyə 2,2 milyard avro dəyərində töhfə verərək qlobal səyləri dəstəkləyir.

 

Məlumata əsasən, təhvil alinan tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanılacaq.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində elmi seminar: “Hemolitik-uremik sindrom” 
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib