İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib
22.09.2021 10:53

2021-ci ilin iyul və sentyabr aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və onun tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün “Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə”, “Etik davranış qaydaları” mövzularında təlimlər keçirilib.

 

Aztibb.az xəbər verir ki, təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində keçirilib. Təlimçi qismində Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.  

 

Təlimdə Agentlik, TƏBİB, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz və  3 nömrəli Şəhər Klinik Xəstəxanasından ümumilikdə 111 nəfər iştirak edib.

 

Təlimdə “Etik davranış qaydaları” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” mövzularında təqdimatlar nümayiş olunub. İştirakçılara həkimlərin etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və s. məsələlər barədə məlumatlar verilib.

 

Etik davranış qaydaları və korrupsiya ilə əlaqədar hüquqpozmalara dair konkret keyslər iştirakçılarla birgə təhlil edilib.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə təşkil edilib.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib