İlin sonunadək 100 milyon peyvənd dozası istifadəyə yararsız hala düşə bilər
22.09.2021 09:18

Koronavirus pandemiyasına qarşı mübarizədə dünyanın bir sıra ölkələrində peyvənd dozalarına böyük ehtiyac olduğu halda, inkişaf etmiş ölkələr əhalinin tələbatından artıq miqdarda peyvəndi anbarlarda saxlayır. Bu ilin sonunadək dünyada koronavirus əleyhinə 100 milyon peyvənd dozasının saxlanma müddəti başa çatacaq.

 

Aztibb.az xəbər verir ki, məlumatların analizi üzrə ixtisaslaşmış “Airfinity“ şirkətinin məlumatına görə, ən qısa zamanda həmin kontingent tələbat olan yerlərə yönəldilməsə, böyük həcmdə peyvənd ehtiyatı yararsız hala düşəcək. Qeyd edilib ki, istifadə edilməyən peyvənd dozalarının təxminən 40 faizi Avropa İttifaqı ölkələrindədir. Buna səbəb kimi yay aylarında yoluxma hallarının azalması fonunda əhalinin vaksinasiya kampaniyasında iştiraka meylli olmaması, tələbatdan artıq peyvəndin alınması və həmçinin peyvənd inkarçılarının aktiv fəaliyyəti göstərilir.

 

Peyvənd dozalarını idxal etdikdən sonra əksər ölkələrdə müvafiq vaksinasiya kampaniyasını təşkil etmək üçün azı iki aylıq saxlanma müddətinə ehtiyac olduğunu nəzərə aldıqda, o zaman daha 40 milyon peyvənd dozasının aqibəti təhlükə altına düşür. Şirkətin hesablamalarına görə, qeyd edilən peyvənd dozaları ən qısa zamanda yoxsul ölkələrə göndərilsə, bu kontingent indiyədək alınan və yardım olaraq təqdim edilən peyvənd dozaları ilə birlikdə həmin ölkələrdə əhalinin 70 faizinin vaksinasiyası üçün yetərli ola bilər.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı davamlı olaraq peyvənd dozalarının ədalətli bölgüsü üçün çağırışlar edir. Bildirilir ki, koronavirus peyvəndləmə kvotası aşağı olan ölkələrdə nə qədər çox yayılarsa, bu, onun yeni variantlarının yaranması təhlükəsini bir o qədər artırar. Yeni variantların yaranması isə peyvənd maddələrinin onlara qarşı daha az effektiv olması ilə nəticələnə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib