Gömrük əməkdaşları üçün ilkin tibbi yardımın göstərilməsinə dair təlimlər keçiriləcək
21.09.2021 15:57

Gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlər üçün "İlk tibbi yardımın göstərilməsi" mövzusunda davamlı olaraq təlimlər keçiriləcək.

 

Aztibb.az-ın məlumatına görə, təlimləri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi nəzdində fəaliyyət göstərən Sanitar-Karantin Xidmətinin təlimçiləri aparacaq.

 

Bu məqsədlə Sanitar-Karantin Xidmətinin əməkdaşları İxtiyar Muxtarov və Müşviq Qəhrəmanov xüsusi təlim və hazırlıq kursunu bitirərək, mütəxəssis kimi qiymətləndiriliblər.

 

"Updotade-in-medicine" şirkətinin və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan həmin təlim nəzəri və praktiki mərhələlərdən ibarət olub. Bununla da Sanitar-Karantin Xidmətinin əməkdaşları gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlərə sertifikatlaşdırlımış ilk tibbi yardım təlimini keçmək hüququnu qazanıblar.

 

İlkin mərhələdə Sanitar-Karantin Xidmətinin təlimçiləri artıq 20-yə yaxın baş müfəttişə təlim keçiblər. Müxtəlif regionlardan cəlb olunan gömrük əməkdaşları ilk tibbi yardımın göstərilməsinə dair zəruri bilik, vərdiş və bacarıqlara yiyələniblər. Bu təlimdə Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov və Gömrük Akademiyasının nümayəndələri də müşahidəçi kimi iştirak ediblər.

 

Təlimlərin keçirilməsində əsas məqsəd hadisə yerinə peşəkar həkim briqadası gələnədək xəstə və ya yaralılara ilkin tibbi yardımın göstərilməsi bacarıqlarının öyrənilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib