“YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə alan qazilərimiz ziyarət olunub
21.09.2021 15:50
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Respublikasına işgüzar səfər çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət ediblər.
 
Aztibb.az xəbər verir ki, Fond tərəfindən bu günə qədər 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 88-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
 
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
 
Xatırladaq ki, səfər Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunan 4-cü “Texnofest” Festivalında iştirak məqsədilə reallaşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib