Uşaqda boy artımı onun ümumi sağlamlığının əsas əlamətidir  
20.09.2021 10:19

20 sentyabr Beynəlxalq Uşaqların Boy Artımı haqqında Maarifləndirmə Günüdür. Beynəlxalq Uşaqların Boy Artımı haqqında Maarifləndirmə Günü Endokrin Xəstələrini Dəstəkləyən Təşkilatlar üçün Beynəlxalq Koalisiya (ICOSEP) və onun üzvləri tərəfindən uşağın böyüməsi ilə bağlı əhalini məlumatlandırmaq üçün qlobal bir maarifləndirmə təşəbbüsüdür. Bu günün qeyd olunmasında əsas məqsəd baş verə biləcək hər hansı problemi vaxtında aşkar etməyin və lazımi ölçü götürməyin ən yaxşı vasitə olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

Uşaqlarda yaranan boy problemləri ciddi məsələdir və bu məsələdə həm həkimlər, həm də valideynlər məsuliyyətli olmalı, gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmalıdırlar. Valideynlər bilməlidirlər ki, uşaqlarda boyun mütəmadi ölçülməsi və illik qeydiyyat aparılması vacibdir. Bu xəstəyə düzgün diaqnoz qoyulması və idarə olunmasını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

 

Uşaqların boy artımı bir neçə səbəbdən normal inkişaf etmir: onların boyu yaşıdlarına nisbətən ya çox qısa olur, ya da həddindən artıq uzun. Bu səbəblər əsasən üç qrupa bölünür: böyümə prosesinin özü ilə əlaqədar problemlər, qidalanma və ya uzunmüddətli xəstəlik kimi xarici amillərin yaratdığı problemlər, yaxud naməlum faktorların təsiri ilə yaranan səbəblər, idiopatik böyümə xəstəlikləri. Qısa və ya çox hündür boy böyümə vəziyyətinin ən çox nəzərəçarpan əlamətlərindən biri olsa da, uşağa təsir edə biləcək bir sıra digər simptomlar və problemlər də var. Hər bir vəziyyət fərqli simptomlar göstərsə də, ümumiyyətlə, ağrı, yorğunluq, oynaq və ya çəki kimi problemlərə rast gəlinir. Fiziki inkişafın fəsadları ağciyər, ürək və böyrəklər, həmçinin digər toxuma və orqanların inkişafı ilə bağlı problemlərə səbəb ola bilər.
 

Əgər uşağınızın boy artımından narahatsınızsa, onda əlamətlərə diqqətlə yanaşmağın əsl zamanıdır. Uşağınız həmyaşıdlarından, ya da bacı-qardaşlarından çox qısadırsa, çox vaxt faktiki yaşından balaca olduğu zənn edilirsə və il ərzində ən azı 5 santimetr böyümürsə (5 yaş və yetkinlik arasında), onda həkimə müraciət edin. Çünki uşağın böyüməsi onun ümumi sağlamlığının əsas əlamətidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib