ABŞ koronavirusa qarşı peyvənd hazırlanması ilə məşğul olanlara sanksiya tətbiq edib
28.08.2020 23:03

“Vaşinqton məhz koronavirusa qarşı peyvəndin hazırlanması ilə məşğul olan rusiyalı alimlərə və mütəxəssislərə qarşı sanksiyalar tətbiq edib”.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

Onun sözlərinə görə, hər şeydən öncə ABŞ-ın sanksiyalarına son bir neçə ayda COVID-19-a qarşı Rusiya peyvəndinin hazırlanmasında yorulmadan çalışan alim və mütəxəssislərin düşməsi faktı hiddət doğurur:

 

"Anlaşılan deyil ki, ABŞ hakimiyyəti öz vətəndaşlarına 180 mindən çox amerikalının öldüyü xəstəlik üçün dərmanın hazırlanması üzərində uğurla çalışan insanların cəzalandırılması cəhdini necə izah edəcək.

 

Birləşmiş Ştatların Rusiyanın elmi-tədqiqat institutlarına qarşı sanksiyaları koronavirusa qarşı peyvəndin istehsalı və yayılması sahəsində ədalətsiz rəqabət aparmaq cəhdini xatırladır. Əmin deyilik ki, bu pandemiya ilə mübarizə sahəsində düzgün addımdır. Belə təəssürat yaranır ki, söhbət yenə də öz şirkətlərini, bu dəfə əczaçılıq üzrə müəssisələrini tanıtmaq maraqları naminə sanksiya təzyiqlərinin primitiv istifadəsindən gedir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır