Gömrük nəzarətindən gizlədilən dərman preparatları və tibbi ləvazimatlar aşkarlanıb
18.09.2021 14:06

Gömrük nəzarətindən gizlədilən dərman preparatları və tibbi ləvazimatlar aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Mercedes-Benz” və “DAF” markalı yük avtomobilləri saxlanılıb.

 

Yoxlama zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, müxtəlif adlarda olan 59 min 280 kapsul qida əlavəsi, onlara məxsus boş qutular, 1220 həb, 300 ampula dərman preparatı və 60 ədəd tibbi şam aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb