İtaliya vaksin sertifikatını bütün işçilər üçün məcburi edən ilk Avropa ölkəsi oldu
17.09.2021 09:45

İtaliya “Yaşıl keçid kartı”nın (“Green pass” və ya vaksin sertifikatı) bütün işçilərdən tələb olunmasını tətbiq edən ilk Avropa ölkəsidir.

 

Aztibb.az xəbər verir ki, İtaliya hökuməti peyvənd sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanunu təsdiqləyib. Senatın üzvləri səs çoxluğu ilə qanunu qəbul edib (189-u qanunu dəstəkləyib, 32-si əleyhinə və ikisi bitərəf qalıb). Yeni qaydalar oktyabrın 15-dən tətbiq olunacaq və ilin sonuna qədər qüvvədə qalacaq.

 

Səhiyyə naziri Roberto Speranza deyib: “Green pass”ın dövlət və özəl sektorda tətbiqinə başlayırıq. Bunun iki əsas səbəbi var - bu yerləri daha təhlükəsiz etmək və peyvənd kampaniyamızı daha da gücləndirmək”.

 

Bu addım COVID-19-a yoluxmaların artımının qarşısını almaq və peyvənd olunanların say nisbətini artırmaq məqsədi daşıyır.

 

Belə ki, bütün işçilərdən COVID-19 əleyhinə peyvənd edildiklərini, infeksiyadan sağaldıqlarını və ya virusla bağlı testin nəticəsi mənfi olan sənəd tələb olunacaq. Bu qaydalar yalnız təqaüdçülərə və işsiz vətəndaşlara şamil edilməyəcək. Peyvənd sertifikatını təqdim etməyən işçilər beş gün ərzində işdən ödənişsiz olaraq uzaqlaşdırılacaq, lakin işdən çıxarılmayacaqlar. Peyvənd olunmayanlar, həmçinin 1500 avroya qədər cərimələnə bilərlər.

 

Xatırladaq ki, İtaliyada sentyabrın 1-dən etibarən “Green pass” nəqliyyat və təhsil sahələrini də əhatə edib. Daha əvvəl muzeylər, kinoteatrlar, idman zalları, restoranlar və barlar kimi müxtəlif mədəniyyət və əyləncə məkanlarında vaksin sertifikatı tələb edilirdi.

 

“Green pass” insanların peyvənd edildiyini, COVID-19-a qarşı testin nəticəsinin mənfi olduğunu və ya virusdan sağaldığını göstərir və 12 yaşdan kiçik uşaqlara şamil edilmir. Qaydalara əməl etməyən məkanların və müştərilərin 400-1000 avro arasında cərimə olunacağı, qaydaları təkrar pozan iş yerlərinin 10 günədək bağlanma riski ilə üzləşəcəyi bildirilir.

 

Qeyd edək ki, Baş nazir Mario Draqi və səhiyyə naziri Roberto Speranzanın təklifi ilə İtaliyada xüsusi karantin rejiminin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib